Ankaradan səsiniz gəlsin

Ankaradan səsiniz gəlsin

10 İyun 2011 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 17 də Türkiyədə start götürəcək boks üzrə Avropa çempionatında Azərbaycan komandası da çıxış edəcək . Yığmamız Ankarada tam tərkibdə mübarizə aparacaq.

Baş məşqçi Yevgeni Kotov və məşqçilər Nəriman Abdullayevlə Ruslan Xairov Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacı Əliyev (64 kq), Osman Əliyev (69 kq), Rahib Bəylərov (75 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayevə (91+kq) özlərini təsdiq şansı veriblər.

Hazırda Moskva ətrafında Çexov şəhərində təlim-məşq toplanışı keçən millimiz birbaşa Ankaraya səfər edəcək. Komandamız qitə çempionatına, əsasən, gənclərdən təşkil olunmuş heyətlə yollanacaq.

Ankara Spor Salonunda keçiriləcək yarış iyunun 17-də start götürəcək. Çempionata iyunun 24-də yekun vurulacaq.

İnanırıq ki, idmanda da Avropanı fəth edəcəyik.

Bəhram Mustafabəyli

O.M.