Yaş 70, amma iş bitməmiş

Yaş 70, amma iş bitməmiş

9 İyun 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Hələ də ildə milyonlar qazanır


Futbol tarixinə nəzər salsaq, görərik ki, yaşıl sahələrin gördüyü ən böyük ulduz olan Pele tam 34 il öncə - 1974-də futbolla vidalaşmışdı. Professional karyerasında 1283 qol vuran futbolçu qırılması çətin olan bir rekordun altına imzasını atmışdı. Hazırda da o, möhtəşəm karyerasının meyvələrini yeməkdə davam edir.

70 yaşlı Pele adını daşıyan xidmət və reklam sektorundan ildə 18 milyon dolları cibinə qoyur. Təqaüdə çıxdıqdan sonra o, "Coca Cola", "Mastercard", "Nokia", "Puma" ve "Viagra" kimi məşhur markaların üzü olmaqla yanaşı, qəzetlərlə əməkdaşlıq edərək, TV proqramlar hazırlayır. O, 1994/98-ci illərdə vətəni Braziliyada siyasətə atılmış, İdman naziri olmuş, 7 il öncə də "Qara inci" ləqəbli əfsanənin həyatı "Pele Forever" adlı filmlə ekranlarda görünmüşdü. Hələ də xeyli populyar olan Pelenin ilk hədəfi Ronaldo və Messi kimi futbolçuların illik qazanclarını geridə qoymaqdır.

Dünyanın gəlmiş-keçmiş ən yaxşı futbolçularından biri olan Pelenin 1958-ci ildə sahib olduğu rekordu heç kim qıra bilməyib. O, İsveçdəki Dünya Çempionluğunda 17 yaşında ikən iştirak etmiş və kuboku qaldıran futbolçu olmuşdur. Hazırda dünyanın nömrə biri olmağı bacaran Messi üçün Pele, "Kim nə deyirsə-desin. Hələ də ən gözəl oyunçu mənəm. Heç kim 17 yaşında kuboka sahib olmayıb", - deyə bildirir. Şöhrəti sayəsində hər il ən az 18 milyon dolları bank hesabına yatıran Pelenin sadəcə 45 dəqiqəlik çıxışı 500 min dollardır.

Camaatın pulu topdan çıxır, bizimki heç daşdan da çıxmır...

Günel Həbib

O.M.