“Azərreyl” də ÇL-də yarışacaq

“Azərreyl” də ÇL-də yarışacaq

8 İyun 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Son vaxtlar Azərbaycan qadın voleybolundakı inkişaf göz qabağındadır. Azərbaycanın qadın voleybol klubları tarixi ərzində ilk dəfə Çempionlar Liqasında 2 komanda ilə təmsil olunacaqlar. Məlumata görə, ölkəmizi qitənin ən mötəbər yarışında "Rabitə" ilə yanaşı "Azərreyl" təmsil edəcək.

Qeyd edək ki, öncə "Azərreyl"in CEV kubokunda mübarizə aparacağı bildirilsə də, Avropa Voleybol Konfederasiyası və Azərbaycan Voleybol Federasiyası Vüqar Əliyevin komandasının da Çempionlar Liqasında yarışmağına qərar veriblər.
Topu şillələyən qadınlar Avropanı da şillələsələr yaxşıdır...

Bəhram Mustafabəyli

O.M.