Millimiz Almaniya komandası  ilə qarşılaşıb

Millimiz Almaniya komandası ilə qarşılaşıb

8 İyun 2011 09:00
683
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Almaniya yığmasını qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyun Almaniya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 30-cu dəqiqəsində Almaniya millisinin oyunçusu Mesut Özil hesabı açmış, 41-ci dəqiqədə isə Mario Qomes ikinci topu Azərbaycan millisinin qapısından keçirib. Oyunun 44-cü dəqiqəsində Azərbaycan millisinin futbolçusu Aleksandr Çertaqanov real qol imkanından istifadə edə bilməmiş və oyunun ilk hissəsi 2:0 hesabı ilə Almaniya millisinin xeyrinə yekunlaşıb. İkinci hissə də qarşılıqlı hücumlarla müşahidə olunub. 89-cu dəqiqədə Azərbaycan millisinin oyunçusu Murad Hüseynov inamlı oyun nümayiş etdirərək hesab arasında fərqi azaldıb. Oyuna əlavə olunmuş vaxtda (90+3) Almaniya millisinin futbolçusu Andre Şüürle yekun hesabı müəyyənləşdirib.

Buna da şükür. Yenə yaxşı qurtardıq.

Tofiq Əliyev

O.M.