Vobay yenidən “Neftçi”də

Vobay yenidən “Neftçi”də

3 İyun 2014 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Başqa klublarda icarə əsasında çıxış edən futbolçulardan daha biri "Neftçi"yə qayıdıb.

Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib. O bildirib ki, ötən mövsümü Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klubunda keçirən Julius Vobay növbəti mövsüm "ağ-qaralar"ın heyətində olacaq.

Syerra-Leoneli sağ cinah futbolçusu ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində "Skenderbeu" ilə oyunlardakı uğursuzluqdan sonra ərəb klubuna icarəyə verilmişdi. O, "Əl-Şaab"da 12 oyuna 1 qol vurub.

Qeyd edək ki, "Neftçi" daha 2 icarədə olan futbolçusunu geri qaytarıb. Bunlar ötən mövsüm "Simurq"da çıxış edən Nicat Qurbanov və "Araz Naxçıvan"ın qapısını qorumuş Emil Balayevdir.