"Prezident, Maradonanı istəyirsiniz?"

"Prezident, Maradonanı istəyirsiniz?"

6 Aprel 2011 19:17
1 062
Bəyəndim (0) Bəyənmədim (0)

Mövsümə böyük ümidlərlə başlayan alman baş məşqçi Bernd Schuster liqa bitmədən "Beşiktaş"la yollarını ayırdı. İndi onun taxt-tacında otura biləcək biri axtarılır. Məşqçi vəzifəsini icra etmək, böyük futbol klubunu idarə etmək üçün Jol, Van Gaal, Luxembuq və Zaqo isimləri hallandı. Sonuncu ad isə olduqca maraqlı oldu...

İspan menecer Jorqe Mendes isə Cənubi Afrikada 2010-cu il Dünya Kubokunda Argentina Milli komandasına rəhbərlik edən Dieqo Armando Maradonanı təklif etdi. Mendes Demirörenə, "Maradona Türkiyəni çox sevdiyini söylədi və ölkənizdə komanda idarə etmək istəyir. Prezident, "Maradonanı istəyirsinizmi? Əgər cavabınız müsbətdirsə, dərhal araya girər, müqavilənin imzalanması üçün əlimdən gələni edərəm. Maradonanın qrupu da artıq hazırdır.Yanında məşqçi və daha 3 nəfərlik bir qrup gətirə bilər", - dedi. "Beşiktaş"a təklif edilən adlar Maradona ilə məhdud deyil. İspan və ingilis menecerlər Türkiyədə bir çox futbolçunun menecerliyini yerinə yetirən Əhməd Bulud vasitəsilə qara-ağlılara təklif yağdırırlar.

Son qərarı isə gəlin zamanın öhdəsinə buraxaq...

O.M.