Hiddink də Abramoviçin tilovuna düşdü

Hiddink də Abramoviçin tilovuna düşdü

3 İyun 2011 17:11
759
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Qus Hiddink İngiltərənin "Çelsi" klubunu çalışdırmağa razılıq verib. Verilən xəbərə görə, 64 yaşlı çalışdırıcı əvvəl "Çelsi"dən ona təklif gəldiyini inkar etsə də, sonradan hər şeyi boynuna alıb.

"Mən heç vaxt Türkiyə yığması ilə əməkdaşlığımı davam etdirəcəyimi deməmişəm. Mənim klubda hər gün çalışmaq üçün kifayət qədər gücüm, enerjim var. Bu haqda Türkiyə Futbol Federasiyasının rəhbəri ilə danışmamışam. Ancaq düşünürəm ki, o, alicənab bir insandır və dünya mətbuatını izləyir", - deyə Qus bildirib.

Xatırladaq ki, Qus Hiddink karyerası ərzində Cənubi Koreya, Rusiya yığmalarını və "Çelsi" klubunu çalışdırıb. Hollandiyalı məşqçi hazırda futbol üzrə Türkiyə millisinin sükanı arxasındadır.

Bir ildən sonra "Çelsi" titullar qazanmasa, Hiddinki də Ançelottinin taleyi gözləyir. Abramoviç onu da qovacaq.

Bəhram Mustafabəyli

O.M.