Kloze “Bavariya”dan getdi

Kloze “Bavariya”dan getdi

3 İyun 2011 17:05
663
Bəyəndim (0) Bəyənmədim (0)

Miroslav Kloze klubunu dəyişir. "Bavariya" klubu ilə müqaviləsi başa çatan futbolçu İtaliyanın "Latsio" kollektivi ilə razılığa gəlib. Klozenin Roma təmsilçisi ilə 2 illik müqaviləyə imza atacağı gözlənilir. Qeyd edək ki, Kloze karyerası ərzində "Kayzerslautern" və "Verder" kimi klubların formasını geyinib. Almaniya yığma komandasının heyətində 109 oyunda meydana çıxan hücumçu 61 qola imza atıb. Kloze iyunun 7-də Bakıda keçiriləcək Azərbaycan - Almaniya oyununda zədə ucbatından iştirak etməyəcək.

Gedəni saxlamazlar.

Tofiq Əliyev

O.M.