Həndbolçularımız qələbəyə həsrətdirlər

Həndbolçularımız qələbəyə həsrətdirlər

3 İyun 2011 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Rusiyada məğlubiyyətləri sıralayır. Verilən məlumata görə, Rəfiqə Şabanovanın çalışdırdığı yığmamız Həştərxan şəhərində keçirilən "Xəzərətrafı Ölkələrin Kuboku" uğrunda yarışlarda ilk iki rəqibinə uduzub.

Öncə "Astraxanoçka" ilə üz-üzə gələn millimiz 5 top fərqi ilə məğlubiyyət acısı yaşayıb - 31:36. İkinci matçda Avro-2012-nin seçmə mərhələsində rəqibimiz olacaq Belarus yığması ilə münasibətə aydınlıq gətirilib. Bu dəfə də güclü tərəf rəqib olub. Belaruslular 36:27 hesabı ilə qələbə qazanıblar.

Üçüncü oyunda seçməmiz Rusiyanın gənclərdən ibarət yığması ilə qarşılaşacaq. Bu komanda da hər iki oyununu məğlubiyyətlə başa vurub. Qalib üçüncü yeri tutacaq. Kubokun sahibinin adı isə Belarus - "Astraxanoçka" matçında müəyyənləşəcək.

Deyəsən, həndbolçularımız futbolçularımızın yolunu getmək istəyirlər.

Bəhram Mustafabəyli

O.M.