Filip Lam: “ Bakıda bizi çətin oyun gözləyir”

Filip Lam: “ Bakıda bizi çətin oyun gözləyir”

3 İyun 2011 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya millisinin kapitanı Filip Lam Avro-2012-nin qarşıdakı seçmə oyunları ərəfəsində FİFA-nın rəsmi saytına müsahibə verib. Lam bu gün Avstriya, 4 gün sonra isə Azərbaycanla səfərdə keçiriləcək görüşlər haqda fikirlərini açıqlayıb. Müdafiəçi yığmamızın çalışdırıcısı Berti Foqtsun matça əlavə prinsipiallıq gətirdiyini deyib: "Rəqib tərəfdə alman məşqçi varsa, bu, həmişə xüsusi əhəmiyyət kəsb edir. Biz bu matçda qələbə qazanmalıyıq. Lakin bu asan olmayacaq. Hələ ötən seçmə mərhələdə də bu komandanı udmaq çətinliklə başa gəlmişdi".

Lam müsahibəsi ilə həmyerlisini tərifləyib.

Bəhram Mustafabəyli

O.M.