16 yaşlı həmyerlimiz hər kəsi təəccübləndirməyi bacarıb

16 yaşlı həmyerlimiz hər kəsi təəccübləndirməyi bacarıb

2 İyun 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada akademik avarçəkmə üzrə beynəlxalq "Dostluq" reqatası keçirilmişdir. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, 9 ölkənin qatıldığı yarışda ölkəmizi 5 kişi, 1 qadın avarçəkən təmsil etmişdir.

Yığmamız "Krılatskoe" avarçəkmə kanalında təşkil olunmuş turniri 1 gümüş medalla başa vurmuşdur. Həmin medalı Azərbaycana 16 yaşlı Boris Yotov qazandırmışdır. Yotov 18 yaşadək akademik avarçəkənlərin mübarizəsində 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşə qatılmışdır. O, əsas finalda yalnız ukraynalı Andrey Mixaylovdan geri qalmışdır. Mixaylov 2000 metr məsafəni 7 dəqiqə 18,789 saniyəyə qət etdiyi halda, Yotov 7 dəqiqə 20,999 saniyə nəticə göstərmişdir.

Digər akademik avarçəkənlərimizə gəldikdə, yeganə qız təmsilçimiz Alyona Kaporeyko 1 nəfərlik qayıqla, Kamal Xanlarov - Qardaşxan Hüseynli dueti 2 nəfərlik qoşa avarlı qayıqla, Novruz Əliyev - Bayram Əliyev dueti 2 nəfərlik sükansız qayıqla çıxış etmişlər. Onların heç biri əsas finala yüksələ bilməmişlər.

Qeyd edək ki, Beynəlxalq "Dostluq" reqatasında Azərbaycan yığmasından əlavə, Belarus, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukrayna da mübarizə aparmışdır.

Uşaqda fərasətə bax...

Könül Aypara

O.M.