Aqil Məmmədov millimizin düşərgəsinə təşrif buyurub

Aqil Məmmədov millimizin düşərgəsinə təşrif buyurub

1 İyun 2011 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Avro-2012" nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya yığmaları ilə qarşılaşacaq Azərbaycan futbol yığmasına daha bir futbolçu çağırılıb. AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Berti Foqts "Bakı" klubunun üzvü olan qapıçı Aqil Məmmədovu millinin düşərgəsinə dəvət edib.

Ümidvarıq ki, A.Məmmədovun ayağı millimizin topuna düşərli olar!

Könül Aypara

O.M.