Cüdoçularımıza uğurlar!

Cüdoçularımıza uğurlar!

1 İyun 2011 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

İyun ayının 4-5-də Avstriyanın Leibnitz şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək. Yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 15 cüdoçumuz mübarizə aparacaq. Millimizin heyətinə Vüsal Şabanlı, Oruc Vəlizadə (hər ikisi 55 kq), Vüqar Şirinli, Əli Rzayev, İlqar İsmayılov, Nurlan Əliyev (hər dördü 60 kq), İmran Quliyev, Dilqəm Əliyev, Cəlil Cəlili, Mahir Cəfərov (hər dördü 66 kq), Fəqan Eminoğlu, İsmayıl Piriyev (hər ikisi 73 kq), Abdulhaq Rəsullu, Məmmədəli Mehdiyev (hər ikisi 81 kq) və Hikmət Alışov (90 kq) daxildir.

Ümid edirik cüdoçularımız da bizlərə sevinc bəxş edib, bayrağımızı yüksəldəcəklər.

Könül Aypara

O.M.