Güləşçilərimiz Dünya Kuboku yarışlarında gümüş medal qazanıblar

Güləşçilərimiz Dünya Kuboku yarışlarında gümüş medal qazanıblar

30 May 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Plauen şəhərində keçirilən gənclər arasında sərbəst güləş üzrə Dünya Kuboku yarışları başa çatmışdır. Püşkatmanın nəticələrinə görə, B qrupunda mübarizə aparan yığmamız bütün görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlmişdir.

İlk olaraq Yaponiya millisi üzərində 7:1 hesablı qələbə qazanan Azərbaycan pəhləvanları, Gürcüstan yığmasını da eyni hesabla məğlub etmişlər. ABŞ-ın komandasını isə 6:2 hesablı məğlubiyyətə uğradan təmsilçilərimiz qızıl medal uğrunda mübarizə aparmaq hüququna yiyələnmişlər.

Finalda komandamızın rəqibi digər yarımqrupun qalibi Rusiya yığması olmuşdur. Final görüşündə 4:4 hesabı qeydə alınmışdır. Lakin, xal hesabına görə, (34:30)Rusiya yığması yarışın qalibi elan olunmuşdur. Güləşçilərimiz gənclər arasında ilk dəfə keçirilən Dünya Kuboku yarışlarını ikinci yerdə tamamlamışlar.

Qeyd edək ki, yarışda ölkəmizin şərəfini böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında Əlisa Abbasov (50 kq), Çingiz Qaxacov (55 kq), Toğrul Əsgərov (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusifov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Məhəmməddabirov (120 kq) qorumuşlar.

Sərbəst güləşçilərimiz özlərini sərbəst hiss etməyi bacardılar.

Tofiq Əliyev

O.M.