Azərbaycanda son iki ayın ən yaxşı futbolçuları seçildi

Azərbaycanda son iki ayın ən yaxşı futbolçuları seçildi

28 May 2011 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Xəzər Lənkəran" klubunun Kosta-Rikalı futbolçusu Uinston Parks və "Qarabağ"ın gürcüstanlı legioneri George Adamiya aprel və may ayları üçün Unibank Premyer Liqasının ən yaxşı oyunçuları seçiliblər.
Oxumeni.az-ın Peşəkar Futbol Liqasının internet saytına istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri və kapitanlarının, həmçinin 25 KİV nümayəndəsinin qatıldığı sorğunun nəticələrinə əsasən Parks ümumi səslərin 30%-ni, Adamiya isə 58%-ni toplaya bilib. Qaliblər hazırda öz ölkələrində olduğundan Unibank Kommersiya Bankının pul mükafatı və Peşəkar Futbol Liqasının qiymətli hədiyyələri klubların nümayəndələrinə təqdim olunub.


Günel Həbib