Bu xəbər futbola maraq göstərən azəri qızlarına aiddir!

Bu xəbər futbola maraq göstərən azəri qızlarına aiddir!

27 May 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 28-də - Respublika Günündə İçərişəhərdə bayram bayrama qarışacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalasının qarşısında 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatına dəstək kampaniyası təşkil ediləcək. Arzu edən hər bir xanım onlara qoşula biləcək. Tədbirin sonunda futbol topu formasında olan və çempionatın adını əks etdirən şarlar havaya buraxılacaq. Qızlar arasında keçiriləcək futbol üzrə dünya çempionatında yığma komandamıza dəstək olmaq üçün hər kəs mayın 28-də Qız qalasının qarşısındakı meydana təşrif buyura bilər. Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda ilk dəfə keçiriləcək qızlar arasında futbol üzrə dünya çempionatında iştirak etmək üçün 15 ölkənin komandası Bakıya gələcək.

Kişilərdən xeyir görməyən futbolumuzun tək ümidi qadınlardır.

Könül Aypara

O.M.