Futbolumuzun 100 illiyində UEFA-dan da qonaqlar olacaq

Futbolumuzun 100 illiyində UEFA-dan da qonaqlar olacaq

27 May 2011 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək. Tədbirlərə FİFA və UEFA-nın, həmçinin beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərləri dəvət olunub. UEFA İcraiyyə Komitəsinin üzvləri Şenes Erzik, Marios Lefkaritis və Danimarka Futbol Federasiyasının prezidenti (eyni zamanda UEFA İcraiyyə Komitəsinin üzvü) Allan Hansen Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirakla bağlı AFFA-nın dəvətinə müsbət cavab vermiş və iyunun 6-da keçiriləcək tədbirlərdə iştirak edəcəklər.

Könül Aypara