Nazim Süleymanov: “Komandamın bu gününü görmək mənim üçün ağırdır”

Nazim Süleymanov: “Komandamın bu gününü görmək mənim üçün ağırdır”

12 Fevral 2014 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Alaniya" klubun fəaliyyətini dayandırması ilə bağlı xəbəri eşidəndə, çox üzüldüm". Bu sözləri apasport.az saytına veteran futbolçumuz Nazim Süleymanov deyib.

Azərbaycan yığmasının sabiq futbolçusu olan Süleymanovun 1991–1996-cı illərdə şərəfini qoruduğu "Alaniya" Rusiya çempionatında iştirakını və hüquqi şəxs kimi fəaliyyətini dayandırıb. Həmçinin, bütün futbolçuları azad agent statusu alıblar və tam tərkibdə komandanı tərk ediblər. Yaxın vaxtlarda "Alaniya"nın I divizionda gələcək iştirakının qeyri-mümkünlüyü barədə Milli Futbol Liqasına məktub göndəriləcək.

1937-ci ildə təsis olunmuş "Alaniya" 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə gümüş mükafatçı, 2011-ci ildə isə Rusiya Kubokunun finalçısı olub. Nazim bəy bildirib ki, belə bir komandanın fəaliyyətini dayandırması Şimal qonşularımız üçün mənfi haldır: "Alaniya" Rusiya futboluna rəng qatan komanda olub. Klubun bu gününü görmək mənim üçün ağırdır. Orada yaxşı günlər keçirmişəm, çempionluq qazanmışam. Bir futbolçu kimi özümü "Alaniya"da vurduğum qollarla sübut etmişəm. Lakin təəssüf ki, maddi böhran klubun axırına çıxdı".

Qeyd edək ki, Süleymanovun Rusiya çempionluğu və vitse-çempionluqlarda böyük əməyi olub. O, "Alaniya"nın heyətində 142 oyunda 60 qol vurub və klub tarixində rekordçuya çevrilib.