Mançesterli futbolçular filmə çəkildilər

Mançesterli futbolçular filmə çəkildilər

26 May 2011 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türk Hava Yolları sərnişinləri canından bezdirən darıxdırıcı bilgiləndirmə filmlərində dəyişiklik etdi. "Mançester Yunayted"in ulduz futbolçuları ilə şirkət arasında işbirliyi reallaşdırıldı. Futbolçuların iştirakı ilə uçuş zamanı təhlükəsizlik tədbirlərini açıqlayan bir film çəkildi. Film iyun ayında yayımlanacaq. Fenomenlərin çəkimlərdə keyifli dəqiqələr yaşadığı söylənilir. Xatırladaq ki, film THY uçuşlarında kabinə içindəki ekranlarda yayımlanacaq.


Günel Həbib