Nokauta düşən boksçu öldü

Nokauta düşən boksçu öldü

4 Fevral 2014 14:51
718
Bəyəndim (0) Bəyənmədim (0)

Həkimlər Oskar Qonsalesi süni nəfəs aparatından ayırıblar

Rinqdə daha bir boksçu ölümü faktı qeydə alınıb. Məlumata görə, boksçu Oskar Qonsales Xesus Qalisiya ilə döyüşdə huşunu itirib.

Döyüşün 10-cu raundunda yerə yıxılan Osklar Qonsales təcili olaraq xəstəxanaya çatdırılıb. Fevralın 3-nə qədər xəstəxanada qalan boksçuda həyat əlamətləri müşahidə olunmadığından həkimlər onu süni nəfəs aparatından ayırıblar.
Mərhum boksçunun meyiti Meksinin Tepik şəhərinə aparılıb. Onun ailəsi WBC-dən 50 min dollar alacaq.