Azərbaycanda idmançı saqqal saxladığına görə millidən qovuldu?

Azərbaycanda idmançı saqqal saxladığına görə millidən qovuldu?

4 Fevral 2014 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Avropa çempionu Elçin Əliyevin saqqalına görə millidən qovulmasına aydınlıq gətirib.

Açıqlamasında güləşçinin tamamilə haqsız olduğunu deyib:"Elçin Əliyev həddindən artıq uzun saqqal saxlayır. Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən həddindən artıq saqqal saxlamaq gigiyena baxımından düzgün deyil. Bunu biz yox, beynəlxalq qaydalar deyir. Mən özüm də bir vaxtlar Elçinə xəbərdarlıq etmişəm ki, saqqalını azalt. Ona deyən yoxdur ki, tamamilə saqqalını təmizlə. Mən özüm də namaz qılanam. Bizim Federasiyada dini və irqi baxımından idmançılara fərq qoyulmur. Belə olsaydı yığmamızda olan xristian dininə qulluq edən güləşçiləri gərək zala buraxmayaydıq".

Əjdər Cəfərov Elçin Əliyevi federasiyaya dəvət edərək yenidən onunla danışacağını deyib.

Xatırladaq ki, Avropa çempionu Elçin Əliyev saqqalına görə təzyiqə məruz qaldığını bildirir. Elçin Əliyev sələfi təriqətinə mənsub olması şiə olan iranlı məşqçinin xoşuna gəlmədiyindən o, millinin düşərgəsini tərk edib./interpress/