Mini futbol yarışmasında qalib gəldilər

Mini futbol yarışmasında qalib gəldilər

26 May 2011 00:28
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubu nazirliyin tabeliyində olan təşkilatlar arasında növbəti daxili çempionat təşkil etmişdir. Mayın 16-dan 25-dək keçirilən mini futbol yarışlarında 22 qurumun əməkdaşları iştirak etmişlər. Mülkü Müdafiə Qoşunlarının idman kompleksində təşkil edilən çempionatda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası daha üstün oyun nümayiş etdirmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası ilə gərgin final görüşü DYMX-nin əməkdaşlarının 3:2 hesablı qələbəsi ilə başa çatmışdır. 3-ü yer uğrunda görüşdə isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası Sumqayıt Regional Mərkəzinin əməkdaşlarına 2:1 hesabı ilə qalib gəlmişdir.
Sonda fərqlənən komandalara müvafiq kubok, medal və hədiyyələr təqdim edilmişdir. Mükafatlandırma mərasimində FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığını bildirmişdir. F.Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini diqqətə çatdırmışdır.
FHN-in idman-sağlamlıq klubunun təşkil edəcəyi növbəti yarış Nardaranda suda xilasetmə üzrə ilk daxili çempionat olacaqdır.

Könül Aypara