Qrasiya ustaları Minskə toplaşıblar

Qrasiya ustaları Minskə toplaşıblar

24 May 2011 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 27-29-da belorusun paytaxtı Minskdə bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək. Qitənin ən güclü qrasiya ustaları ilə yanaşı Azərbaycan təmsilçiləri də xalça üzərində öz proqramlarını nümayiş etdirəcəklər. Fərdi yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı çıxış edəcəklər. Qrup yarışlarında isə Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Siyana Vasileva, Aynur Cabbarlı və Səbinə Qaratovadan ibarət komanda xalçaya çıxacaq. Mütəxəssislərin fikrincə, Aliyə Qarayevanın fəxri kürsüyə qalxmaq şansları böyükdür. Xatırladaq ki, bu yaxınlarda Fransada düzənlənən "Qran-Pri"də Aliyə həlqə və topla çıxışda gümüş medallara sahib çıxmışdı.

Sağlamlığını qorumaq istəyən hər kəs gimnastika ilə məşğul olmalıdır. Heç olmasa mənim barmaqlarımın gimnastikası ilə məqalə yazdığım kimi...

Bəhram Mustafabəyli

O.M.