"Dopinq içdik, prezidentin də bundan xəbəri var idi"

"Dopinq içdik, prezidentin də bundan xəbəri var idi"

24 May 2011 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol dünyasının əfsanə isimlərindən olan Diyeqo Maradona etiraf etdi: "Matçdan əvvəl dopinq atmışdıq". Maradonanın yeni etirafı futbol dünyasını qarışdıracaq kimi görünür. Fenomen, "1994-cü ildə Argentina futbol komandası ilə Avstraliya üz-üzə gəldi. Dünya Kuboku uğrunda gedən mübarizədə biz qalib gəldik. Bu qalibiyyəti dopinq həblərinə borcluyuq. Üstəlik, bu hiyləmizdən Argentina Futbol Federasiyasının prezidenti Culio Qrondanonun da xəbəri var idi. Lakin heç bir mənfi reaksiya göstərmədi. Əslində, matçdan öncə futbolçular müəyyən testlərdən keçirdilər. Ancaq sonuncu dəfə bu, baş tutmadı. Biz dopinq içdik və həmin həb bizim tez qaçmağımızı təmin etdi", - deyə açıqlama ilə çıxış edib.

Maradonanın ən sevimli dopinqi narkotik maddələr idi. Hallanırdı, sonra stadionda uçduğunu zənn edirdi...

Günel Həbib

O.M.