Abramoviç Ançelottini “Çelsi”dən qovdu

Abramoviç Ançelottini “Çelsi”dən qovdu

24 May 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Çelsi"nin sahibi Roman Abramoviç klubun italiyalı baş məşqçisi Karlo Ançelottiyə qapını göstərib. İngiltərə çempionatında qazanılan gümüş medal rusiyalı milyarderi razı salmayıb.

Xatırladaq ki, 9 il "Milan"da ad çıxarmış Ançelotti 2009-cu ildə "Çelsi"nin sükanı arxasına gətirilmişdi.

Verilən xəbərlərə görə, Abramoviç "Portu"nun 32 yaşlı vunderkind çalışdırıcısı Andre Villaş-Boaşı "mavi zadəganlar"ın rənginə boyamaq niyyətindədir.

Pul verən musiqini sifariş verir. Futbolçular da o havaya oynayır...

Bəhram Mustafabəyli

O.M.