“Rabitə” yeni bomba partlatdı

“Rabitə” yeni bomba partlatdı

23 May 2011 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Voleybol üzrə Azərbaycan çempionu "Rabitə" ikinci transfer bombasını partladıb. Voleybol federasiyasından verilən məlumata görə, paytaxt klubu xorvatiyalı Nataşa Osmokroviçin ardınca Bolqarıstan milli komandasının voleybolçusu Dobriana Rabadjiyevanı heyətinə qatıb.

Dobriana ilə 1 illik müqavilə imzalanıb. Dobriana ötən mövsümü İtaliyanın "Spes Konelyano" klubunda keçirib. Qeyd edək ki, 190 sm boya malik gənc voleybolçunun 20 yaşı cari ilin iyun ayının 14-də tamam olacaq.

Onu da nəzərinizə çatdırırıq ki, "Rabitə" bu iki transferindən öncə 6 voleybolçusu ilə yeni müqavilə imzalayıb.

Deyəsən, "Rabitə" yaxın gələcəkdə "Arzuların komandası", "Dünya yığması" ayamasını götürmək niyyətindədir.

Bəhram Mustafabəyli

O.M