"Qarabağ"ın futbolçusu Gürcüstan yığmasına çağırılıb

"Qarabağ"ın futbolçusu Gürcüstan yığmasına çağırılıb

23 May 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamın "Qarabağ" klubunun futbolçusu C.Adamiya Gürcüstan milli komandasına dəvət olunub. 30 yaşlı hücumçu klubun saytına verdiyi açıqlamada deyib: "Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyur. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu. Amma hələ heç nə bəlli deyil. Məlum olduğu kimi, Xorvatiyaya qarşı oynayacağıq. Hər şey toplanışda bəlli olacaq ."

Adamiya həmçinin bildirmişdir ki, əlimdən gələn ən yaxşısını etməyə çalışacağam. "Qarabağ"ın heyətində Unibank Premyer Liqasının bombardiri olmağımın yığma komandaya dəvət olunmağımda az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. "Qarabağ"ı ən yaxşı halda təmsil etməyə çalışacağam.

Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ...

Tofiq Əliyev

O.M.