Onun dəyəri 180 milyon avrodur?

Onun dəyəri 180 milyon avrodur?

21 May 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)
Futbolçu üçün dodaq uçuqladan təklif gəldi

Dünya bu cür təklif görmədi! İngilis futboluna ardı-arda daxil olan 'zəngin müdirlər' bazarı alt-üst edərkən, "Manchester City"nin Ronaldo üçün etdiyi transfer təklifi bazarı yenidən qarışdırdı.

Yeni mövsüm işlərinə başlayan "FA Cup"un çempionu "City"nin hədəfində indi "Real Madrid"in ulduzu Kriştiano Ronaldo var. Təklif isə tam 180 milyon avrodur! 2009-cu ildə "Manchester United"dən 96 milyon avroya İspaniyaya transfer olan portuqaliyalı üçün ingilislər əvvəlcə 100, sonra isə 150 milyon avro təklif etmişdi. Bu rəqəmlərin rədd edilməsindən sonra pul qabısının ağzını daha da genişlədən Şeyh Mansorun yeni təklifi isə 180 milyon avrodur. Əgər bu təklif qəbul edilərsə, fenomen ildə 17 milyon avro pul qazanacaq.

23 yaşlı futbolçunu satmağa niyyəti olmayan ispanların bu kimi təkliflərə nə qədər tab gətirəcəyi medianı olduqca maraqlandırır.


Günel Həbib