Azərbaycan növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək

20 May 2011 17:25
Bəyəndim (0) Bəyənmədim (0)


Paytaxtda taekvondo üzrə kişi və qadınlar arasında beynəlxalq yarış keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, Dünya Taekvondo Federasiyasının (WTF) təqviminə əsasən mayın 27-28-də təşkil edilən "Azerbaijan Open" beynəlxalq turnirində yerli idmançılarla yanaşı, Türkiyə, Fransa, Hindistan, Ukrayna, Rusiya və Gürcüstandan 15-dək komanda iştirak edəcək.

Azərbaycan təşkilatçı ölkə kimi yarışa 5 komanda ilə qatılacaq. Ölkəmiz Azərbaycanın 1-ci və 2-ci seçmə komandaları, eləcə də "Gömrükçü", "Neftçi" və Fövqəladə Hallar Nazirliyinin komandası ilə təmsil olunacaqdır. Yarış böyüklərin yaş qrupunda bütün çəki dərəcələri üzrə keçiriləcəkdir.

Turnirin mükafatçıları Dünya Taekvondo Federasiyasının reytinq cədvəlində xallarını artırmaq imkanı əldə edəcəklər. "Azerbaijan Open" beynəlxalq taekvondo turniri paytaxtın "Sərhədçi" İdman Olimpiya mərkəzində təşkil ediləcəkdir.


"Qonaq qonağı sevməsə də, biz ev yiyəsi olaraq qonaqların gəlişindən məmnunuq.

Tofiq Əliyev

O.M.