Bekhem yenə ”qırmızı şeytan” cildində

Bekhem yenə ”qırmızı şeytan” cildində

19 May 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

"The İndependent" agentliyinin yayımladığı xəbərə görə, "Los Angeles Qalaksi" klubunun rəhbərliyi Devid Bekhemə Hyuston "Dinamo"su ilə oyunu buraxmağa icazə verib. Bekhem mayın 24-də Harri Nevilin vida matçında " Yuventus"a qarşı forma geyinəcək.

36 yaşlı pleymeker deyib:" Yenidən dostlarım - Harri və Fil Nevillər, Pol Skoulz, Nikki Bat və Rayan Qiqqzlə birlikdə meydana çıxmaq şansımı əldən buraxa bilməzdim. Buna görə, "Qalaksi"nin rəhbərliyindən rica elədim və matç bitən kimi Bostona qayıdacam".

Kim bir dəfə "şeytan" paltarını geyirsə, ömrünün sonunacan şeytan olaraq da qalır.

Bəhram Mustafabəyli

O.M.