Van Persi: “Venger dahidir!

Van Persi: “Venger dahidir!

19 May 2011 15:31
Bəyəndim (0) Bəyənmədim (0)
O, bəxtsizlikdən şikayətləndi

"Arsenal"ın forvardı Robin van Persi "BBC"-yə verdiyi müsahibəsində bəxtsizlikdən şikayətlənib: " Biz titula çox yaxın olsaq da, zəif komandalara xallar "bağışlamaqla" xeyli gerilədik. Güclü klublarla daha əzmkar futbol sərgiləyir, qələbələr çalırdıq. Əsas rəqiblərlə oyunlara diqqət yetirsək, onlardan üstün olduğumuz aşkarlanar."

Arsen Vengeri futbol dahisi adlandıran hollandiyalı hücumçu "topçular"ın heyətini də stabil hesab edir: " Bir neçə məşqçi ilə işləmişəm. Venger həm çalışdırıcı, həm də insan kimi yüksəkdə dayanır. Hamımız ona bənzəməyə çalışırıq. Gələn mövsüm bir neçə titul qazanacağımıza əminəm".

Bəhram Mustafabəyli

O.M.