Güləşçilərimiz turnirə yollanacaq

Güləşçilərimiz turnirə yollanacaq

18 May 2011 20:19
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 20-dən 22-dək Mahaçqalada Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə Azərbaycanın sərbəst güləş yığması da mübarizə aparacaqdır. Yığma komandanın baş məşqçisi Saypulla Absaidov və gənclərdən ibarət komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə Yaşar Əliyev, Nicat Muradov, Qalib Əliyev (hər üçü - 55 kq), Hacı Əliyev, Xaybulla Şaalov, Ağahüseyn Mustafayev, Azad İsmayılov (hamısı - 60 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov, Hacı Əlicanov, Sübhan İsmayılov (hər üçü 84 kq), Əli İsayev, Valera Rodriqes (hər ikisi - 120 kq) iştirak edəcəklər.
Görüşlərin idarə edilməsində ölkəmizi beş beynəlxalq dərəcəli hakim – Elman İsmayılov, Vaqif Zeynallı, İntiqam Alıyev, Asif Şirəliyev və Xanmirzə Məlikəliyev təmsil edəcəklər.
Könül Aypara