Roberto Mançini: “Teves “Siti”də qalacaq”

Roberto Mançini: “Teves “Siti”də qalacaq”

18 May 2011 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə futbol fanatları arasında gəzən xəbərlərə görə, "Mançester Siti" də top qovan argentinalı hücumçu Karlos Teves yenidən İspaniyaya qayıtmaq fikrindədir. "BBC"-nin məlumatına əsasən, belə transfer gözlənilmir. "Şəhərlilər"-in baş məşqçisi Roberto Mançini deyib: "27 yaşlı forvardın müqaviləsi 5 il müddətinə imzalanıb. Tevesin Mançesterdə heç bir problemi yoxdur. Son 20 gün ərzində Karlosla bir neçə dəfə danışığım olub və narazılıq eşitməmişəm. Düşünürəm ki, o, hələ bir il də "Siti"nin şərəfini qoruyacaq. Bizim üçün Teves əvəzsiz futbolçudur".


Xatırladaq ki, Teves Dimitar Berbatovla Premyer Liqada ən məhsuldar futbolçu adı uğrunda mübarizə aparır. Son tur ərəfəsində hər ikisinin hesabında 21 qol var. Görəsən, "oçkodan" kim birinci çıxacaq?..

Bəhram Mustafabəyli

O.M.