Pepe və Ramosa yeni müqavilə təklifi
Madridin "Real" klubu müdafiəçilər - Pepe və Serxio Ramosla müqavilə müddətini artırmaq niyyətindədir. Maurinyo 28 yaşlı Pepeyə daha 4 il "Kral Klubu"nda oynamağı məsləhət görüb. "Real"da ən az məvacib alan Pepenin gəliri indən belə 1,8 milyon avrodan 2,0 avroyadək artırılacaq.
25 yaşlı Ramosa isə 6 illik müqavilə təklif olunub və məvacibi 3,5 milyondan 4,5-ə qaldırılıb. Ondan fərqli olaraq, Ronaldo və Kaka - hərəsi 9 milyon, Kasilyas (5.5), Məsut Özil və Benzema - 5 milyon avro qazanırlar.
Biz də isə bu qədər pulu nəinki bir oyunçu, heç bütöv bir klub da almır. Nəticədə, hər kəs öz məvacibinə uyğun oynayır.
Bəhram Mustafabəyli
O.M.
Digər xəbərlər






























.jpg)


.jpg)

















.jpg)




































