Futbolçunun avtomobili parçalandı

Futbolçunun avtomobili parçalandı

5 Aprel 2011 17:03
Bəyəndim (0) Bəyənmədim (0)
"Arsenal"ın ulduzu qəzaya uğradı

"Arsenal"-ın ispan ulduzu Fabreqas səhər məşqə gedərkən qəzaya uğraıb.

Belə ki, yolda sürəti bir az artıran futbolçu qarşısındakı "Audi A4" dən yan qaça bilməyib. Nəticədə iki maşın toqquşdu. Xoşbəxtlikdən fenomenin özü xəsarət almasa da, Fabreqasın təxminən 250 min AZN dəyərindəki "SL500 Mercedes" son model maşınının ön tərəfi böyük ziyan görüb.

Artıq avtomobilinin yararsız hala düşdüyünü görən Febreqas taksiyə əyləşib və yoluna davam edib.

Daha sonra "Twitter" dəki səhifəsində o, "Mən çox yaxşıyam, heç kim narahat olmasın. Belə qəzalar hərdən olur" deyə yazıb.