Maradona özünə BƏƏ-də iş tapdı

Maradona özünə BƏƏ-də iş tapdı

16 May 2011 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona BƏƏ-də "Əl-Vəsp" klubuna rəhbərlik edəcək. Bu barədə Dubayda klubun vitse-prezidenti Mərvanə bin Bəyyat açıqlama verib. Çeçen biznesmen Bulat Çaqayevin İsveçrədə "Ksamaks" klubunu satın aldıqdan sonra hamı düşünürdü ki, Maradona onun sükanı arxasına oturdulacaq. Lakin Çaqayev Dieqoya dəvətnamə göndərmədi.


Bin Bəyat media işçilərinə verdiyi müsahibəsində yaxın günlərdə Maradona ilə iki illik saziş bağlanacağını dilə gətirib: "Dieqo "Əl-vəsp"in oyunçuları ilə görüşüb və razılığını verib. Serxio Farias ümidlərimizi doğrultmadı. Maradona isə hazırda turnir cədvəlində 4-cü olan klubumuza iki il müddətinə çempion titulu qazandırmaq fikrindədir".


Maradona ötən il mundialda Argentina millisinə qızıl medal qazandıracağına da söz vermişdi. Cənubi Afrikada Almaniya seçməsinə 0:4 hesablı məğlubiyyətdən sonra istefa verən Dieqo bir ildən çoxdur işsizdir.


Top da çərxi-fələk kimi yumrudur. Hara fırlanacağı bəlli deyil...

Bəhram Mustafabəyli

O.M.