Qvardiola Uemblidən qələbə ilə qayıdacağına inanır

Qvardiola Uemblidən qələbə ilə qayıdacağına inanır

13 May 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyada nəşr olunan "As" qəzetinin yazdığına görə, "Barselona" "La Liqa" çempionluğunu qazandıqdan sonra bütün diqqətini mayın 28-də "Uembli"də düzənlənəcək Çempionlar Liqasının final matçına yönəldib. Kataloniyalılar gündə iki dəfə olmaqla məşqə çıxırlar. Baş məşqçi Xosep Qvardiola yetirmələrinin texniki hazırlığından razı qalsa da, fiziki cəhətdən bir qədər işləməli olduqlarını bildirib: ""Qırmızı şeytanlar" çox əzmkar və fiziki cəhətdən hazırlıqlı komandadır. "MY"- nu məğlub etmək üçün "Uembli"də yeddiqat tər tökəcəyik. Qələbə çalacağımıza şübhəm yoxdur, amma öz meydanında "Yunayted"ə qalib gəlmək üçün qarşıdakı iki həftəni səmərəli işləməliyik. Bizi "arzuların komandası" adlandırırlar. Hələlik belə tərifi qəbul etmirəm. ÇL kubokunu başımız üzərinə qaldıranda bu ada layiq olduğumuzu təsdiqləyəcəm".

Yəqin ki, kataloniyalılar "Qırmızı Şeytanlar"ı görəndən sonra "lənət şeytana!" deməli olacaqlar.

Bəhram Mustafabəyli


O.M.