Məşhur şahmatçımız qəzaya uğrayıb

Məşhur şahmatçımız qəzaya uğrayıb

13 May 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Populyar qrossmeysterimiz olan Şəhriyar Məmmədyarov dünən qəzaya uğrayıb. O, idarə etdiyi "Range Rover" "Vaz" 2107 markalı avtomobillə toqquşaraq, ağır qəza vəziyyəti yaradıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol kənarı səkini aşan avtomobil təqribən 25-30 metr kənara sürüşüb. Son məlumata görə, hadisə nəticəsində itki yoxdur. Məmmədyarovun qolundan və sağ ayağından yüngül zədə ilə qurtulub.

Könül Aypara