Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

21 Avqust 2013 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb.

Oxumeni.az-ın verdiyi xəbərə görə, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb. Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub.

O.M.