Ağır cinayətdə ittiham olunan idmançı ilə bağlı şok açıqlama

Ağır cinayətdə ittiham olunan idmançı ilə bağlı şok açıqlama

13 Avqust 2013 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, o, ...

Dünən peşəkar idmançının törətdiyi ağır cinayət barədə xəbər yayılmışdı. Milli.Az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Məmmədova hədə-qorxu gəlib 300.000 manat pul verməsini tələb edərək əvvəlcə ondan 120.000 manat pul alanların Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif İbadov olmaları müəyyən edilib.

Sonradan məlumat əldə olundu ki, Əli Məmmədovdan 300 min manat tələb edən şəxslərdən biri olan Saday İsmayılov Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə sabiq şöbə müdiri olub. Bakıda baş vermiş ağır cinayət hadisəsində adı hallandırılan Saday İsmayılovla bağlı məlumata Güləş Federasiyasından münasibət bildirdi. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev Milli.Az-a açıqlamasında bildirdi ki, Saday İsmayılovun hal-hazırda Azərbaycan Güləş Federasiyası ilə heç bir bağlılığı yoxdur. O, 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Onun Federasiya ilə əməkdaşlığı cəmi bir neçə ay davam edib.

O.M.