Şahmatçılarımız məktəblilərin yeddinci dünya çempionatında 5 medal qazanıb

Şahmatçılarımız məktəblilərin yeddinci dünya çempionatında 5 medal qazanıb

10 May 2011 16:57
Bəyəndim (0) Bəyənmədim (0)


Polşanın Krakov şəhərində şahmat üzrə məktəblilərin yeddinci dünya çempionatı keçirilmişdir.

Çempionatda 6 yaş qrupu üzrə 36 ölkədən 420 şahmatçı iştirak etmişdir. Yarışda ölkəmizin idman şərəfini 24 şahmatçı qorumuşdur.

Çempionatda Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt şəhər Şahmat Məktəbinin idmançısı Fərid Aslanov qızıl medallar qazanmışlar. Digər şahmatçılarımız İzzət Kənan, Oğuz Abışlı gümüş, Aqil Pirverdiyev bürünc medallara sahib olmuşlar. Komandamızın rəhbəri beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov isə yarışda ölkəmizi hakim qismində təmsil etmişlər.




Tofiq Əliyev



O.M.