Xatirə turniri start götürdü

Xatirə turniri start götürdü

6 May 2011 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mayın 6-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir start götürüb. Turnir London Olimpiadasına lisenziya xarakterlidir. Birinci yeri tutan idmançı 200, ikinci 120, üçüncü isə 80 lisenziya balı qazanır.


İlk yarış günü 16 cüdoçumuz 5 çəki dərəcəsində tatamiyə çıxıb. 60 və 66 kq çəki dərəcəsində yarışa qoşulan 8 kişi cüdoçudan 5-i medallara iddiasını davam etdirir.

Üç təmsilçimiz isə yarışla erkən vidalaşıb. Xanım cüdoçularımız turnirə uğursuz başlayıblar. Belə ki, 3 çəkidə ölkəmizin idman şərəfini qoruyan 8 idmançımızdan yalnız biri hələ ki mübarizəni davam etdirir.

57 kq çəki dərəcəsində mübarizə aparan Kifayət Qasımova ilk iki döyüşündə qələbə qazanıb.


Məğlub olmayan qələbənin qədrini bilməz. Növbəti lisenziyalı turnirə qədər idmançılarımız mövcud nəticələrdən nəticə çıxarmalıdır...

Bəhram Mustafabəyli

O.M.