Ferqyuson: “Barselona”nı da diz çökdürəcəyik”

Ferqyuson: “Barselona”nı da diz çökdürəcəyik”

6 May 2011 16:13
Bəyəndim (0) Bəyənmədim (0)


Çempionlar Liqasının finalı "Uembli" stadionunda düzənlənəcək. "Mançester Yunayted" klubunun baş məşqçisi Aleks Ferqyuson final qarşılaşmasının fantastik şouya çevriləcəyinə söz verib. Şotland çalışdırıcı "Barselona"dan qorxmadıqlarını dilə gətirib: "Düşünürəm ki, "Barselona" hazırda fantastik futbol nümayiş etdirir. Ancaq onlara qarşı necə oynamağın yollarını bilirəm. Runi və komanda yoldaşları "Barsa"nın müdafiə xəttində zəif yerləri yaxşı bilirlər", - deyən Ferqyuson digər yetirmələrini də tərifləyib:

- Biz ikinci heyətlə hazırkı kubok sahibi "İnter"i darmadağın edən Almaniyanın "Şalke" klubunu yolumuzdan kənarlaşdırmışıq. Finalda ikiqat qüvvə ilə oynayacağıq.


Xatırladaq ki, 2009-cu il Çempionlar Liqasının finalında "Barselona" "MY"-nu 2:0 hesablı məğlubiyyətə uğradıb.


Top yumrudur. Hara yuvarlanacağı bəlli deyil...

Bəhram Mustafabəyli

O.M.