" Böyük Qafqaz" beynəlxalq turnirinə start verilir

" Böyük Qafqaz" beynəlxalq turnirinə start verilir

6 May 2011 15:12
Bəyəndim (0) Bəyənmədim (0)


Gənclər və İdman nazirliyinin məlumatına görə, nazirliyin dəstəyi ilə gerçəkləşən Litva, Gürcüstan, İran və Azərbaycan komandalarının qatıldığı " Grand Caucases" beynəlxalq velosiped turniri 10-15 may 2011-ci il Grand Caucases" beynəlxalq velosiped turniri keçiriləcəkdir.

Yarışda 1993-94 - cü il təvəllüdlü oğlanlar iştirak edəcəklər və hər komandanın tərkibi 6 idmançı, 2 məşqçidən ibarət olacaq.

Qeyd edək ki, veloyürüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunur.

Marşrut və məsafələr aşağıdakı kimidir:

10 may - Bakı - Şamaxı ( traininq)

11 may - Şamaxı - İsmayıllı ( traininq)

12 may - İsmayıllı -Qəbələ (80 km məsafədə ötüşmə)

13 may - Qəbələ kriterium ( Qəbələ ətrafında 44 km məsafədə ötüşmə)

14 may - Qəbələ - Şəki (85 km məsafədə ötüşmə)

15 may - Şəki - Zaqatala (95 km məsafədə ötüşmə)

16 may -Zaqatala - Bakı (Avtobusla qayıtmaq)

Turnirin baş sponsoru Azərbaycan Dövlət Neft şirkətidir.

İdman nümayəndə heyətinin şəhər və rayonlarda yemək və yataqla təminatı (Gənclər və İdman nazirliyi tərəfindən tam təmin olunur):

Şamaxı rayonunda "Fortuna" Mehmanxanasında, İsmayıllı rayonunda "Olimpiya İdman Kompleksində" və "mehmanxanada", Qəbələdə rayonunda " 7 Gözəl" mehmanxanasında, Şəki şəhərində " Karvansaray" mehmanxanasında, Zaqatala rayonunda "Olimpiya İdman kompleksində".


Veloyürüşlə bağlı mətbuat konfransı bu gün - 6 may 2011-ci il tarixi saat 11.45-də Gənclər və İdman nazirliyində təşkil olunub.

Konfransda Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Xarici İşlər nazirinin müavini Araz Əzimov iştirak ediblər.


İdman fiziki sağlamlıqdır. Ümummilli liderə ehtiram isə mənəvi sağlamlığın göstəricisidir...

Hafiz Əhmədov

O.M.