Berluskoni adının stadiona verilməsini istəyir

Berluskoni adının stadiona verilməsini istəyir

5 May 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)


Milan liqa çempionu olsa, klub başqanlığım dövründə 27-ci kubokunu qazanacaq. Başqanlığım dövründə qazanılan 26 kubokla, klub onsuz da dünyanın ən uğurlusu idi. Mən eyni zamanda futbol tarixində ən çox kubok qazanan başçıyam. Bu sözləri İtaliyanın baş naziri və Milanın prezidenti Silvio Berluskoni müsahibələrinin birində deyib. Özündən sonra dövründə ən çox kubok qazanan prezidentin Santiago Bernabeu olduğunu bildirən Berluskoni, ''İspanlar, onun adını Real Madridin stadionuna verərək hörmətlərini göstərdilər'', - deyə bildirib.

Xatırladaq ki, Milan, 1986-ci ildə başlayan Berluskoni dövründə 5 Çempionlar Liqası çempionluğu, 7 İtaliya liqası çempionluğu, 5 İtaliya Super Kuboku, 5 Avropa Super Kuboku, 1 İtaliya kuboku çempionluğu, 2 Qitələrarası kubok və 1 FİFA Dünya Klublar Kuboku çempionluğu adlarını qazanıb.


Berluskoninin adı stadionda əbədiləşməsə də, seksual qalmaqalları ilə tarixdə qalacaq...

Tofiq Əliyev

O.M.