Arda T.: "Formamızın üzərində "Azərbaycan" sözü yazılmağı məni məmnun edir"

Arda T.: "Formamızın üzərində "Azərbaycan" sözü yazılmağı məni məmnun edir"

30 Aprel 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)
Futbolçu bizdən məmnundur

"Azərbaycanda olmaqdan çox məmnunam. Burada özümü evimdəki kimi hiss edirəm. Məni belə isti qarşıladığınıza görə minnətdaram". Bu fikirləri "Atletiko"nun türkiyəli futbolçusu Arda Turan Bakıda keçirilən mətbuat konfransında deyib.O, "Bakı"nın bazasında keçirilən tədbirdə gördüyü xoş münasibətdən ağızdolusu danışıb: "Formamızın üzərində "Azərbaycan" sözü yazılmağı məni məmnun edir. Hər halda, biz bir millət, iki dövlətik. Bu layihənin həyata keçirilməyində böyük əməyi olan "Bakı"nın prezidenti Hafiz Məmmədova dərin minnətdarlığımı bildirirəm. Bura mənim öz doğma yurdumdur. Fürsətdən istifadə edib, "Fənərbaxça"ya da uğurlar arzulayıram. Türkiyə klubunun Avropa Liqasında finala çıxmağını arzu edirəm".

O.M.