ŞOK! Basketbolçu voleybolçunu zorladı

ŞOK! Basketbolçu voleybolçunu zorladı

26 Aprel 2013 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ankarada "Erdemirspor" klubunun kişi basketbolçusu Gerrod Devayne Henderson "Ankara Kolejlilər" komandasının qadın voleybolçusu Vinciniya Ganzeri zorlayıb. Məlumata görə, həm 35 yaşlı Henderson, həm də 23 yaşlı Ganzer ABŞ-dandırlar.Onlar Ankarada tanış olublar. Hadisə Ankarada yaşayan bəzi amerikalıların əyləncələri vaxtı baş verib. Lakin olay indi üzə çıxıb. Aralarında Henderson və Ganzerin də olduğu qrup gecəyədək fərqli məkanlarda əylənib. Barda da boğazlarını yaşladıqdan sonra basketbolçu və voleybolçu dostlarından ayrılıb. Onlar Ganzerin evinədək gediblər. Ertəsi gün dostları eşitdikləri xəbərdən sarsılıblar. Qadın voleybolçu Ankara Prokurorluğuna müraciət edərək, Hendersonun onu zorladığını bildirib. Basketbolçu istintaqa ifadəsində özünə qarşı iddiaları rədd edib. Lakin o, həbs olunması tələbi ilə məhkəməyə verilib. Basketbolçu azadlığa buraxılsa da, məhkəməsi davam edir.

O.M.