Taekvondoçumuz Avropa çempionu

Taekvondoçumuz Avropa çempionu

20 Aprel 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Moldovanın Kişinyov şəhərində 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Fəridə Əzizova qızıl medal qazanıb. Əzizova ilk döyüşdə hollandiyalı Reak Kimi 7:3 hesabı ilə yenərək ¼ finala yüksəlib.O, növbəti görüşdə polşalı Lis Katarjinanı 9:4, yarımfinalda italiyalı Ritselli Kristianı 1:0 hesabı ilə məğlub edib və finala yüksəlib. Həlledici görüşdə isə Əzizova fransalı Niare Abini 4:1 hesabı ilə yenərək, çempion olub.Qeyd edək ki, Fəridə Əzizova ötəl il Misirdə gənclər arasında keçirilmiş dünya cempionatında da qızıl medal qazanıb.

O.M.