NBC Bank Azərbaycan Kuboku yarışlarının finalçıları müəyyənləşdi

NBC Bank Azərbaycan Kuboku yarışlarının finalçıları müəyyənləşdi

5 May 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)


Futbol üzrə NBC Bank Azərbaycan Kuboku yarışlarının yarımfinal mərhələsinin cavab oyunları keçirilmişdir. Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı" komandası "Xəzər-Lənkəran"ı qəbul etmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 2:1 hesabı ilə Bakı futbolçularının xeyrinə başa çatmışdır. Matçda "Bakı"nın heyətində Leanardo Roşa, Fabio Luis Ramim, rəqib komandadan isə Rahid Əmirquliyev fərqlənmişlər. İlk oyunda "Xəzər-Lənkəran" rəqibini 1:0 hesabı ilə məğlub etdiyi üçün turnirin final mərhələsinə yüksəlmişdir.


Digər oyun isə Şüvəlandakı "AZAL" stadionunda paytaxtın AZAL və "İnter" komandaları arasında keçirilmişdir. Klublar arasında ilk oyunda hesab açılmasa da, cavab qarşılaşmasında "İnter"in futbolçusu David Odikadzenin vurduğu qol komandasının finala vəsiqə qazanmasını təmin etmişdir.


Beləliklə, mayın 24-də NBC Bank Azərbaycan Kuboku yarışlarının final mərhələsində "Xəzər-Lənkəran" və "İnter" komandaları yarışacaqlar.


Necə deyərlər, oyunçu aparsın...

Tofiq Əliyev

O.M