"Çelsi"nin prezidenti, milyarder Roman Abramoviçin 7-ci övladı dünyaya gəldi

"Çelsi"nin prezidenti, milyarder Roman Abramoviçin 7-ci övladı dünyaya gəldi

15 Aprel 2013 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin "Çelsi" futbol klubunun sahibi Roman Abramoviçin 7-ci övladı dünyaya gəlib. Bu barədə "RİA Novosti"yə məşhur rusiyalı milyarderə yaxın mənbədən bildirilib. Yeni doğulmuş qıza Leya adı verilib. Anası və körpə özünü yaxşı hiss edirlər. Doğum ABŞ-ın Nyu-York şəhərində baş tutub. Qızı Roman Abramoviçin modelyer rəfiqəsi Darya Jukova dünyaya gətirib. Bu, onların ikinci övladıdır. 31 yaşlı dizayner daha öncə - 2009-cu ildə biznesmen sevgilisinə oğul bəxş edib. Qeyd edək ki, əvvəllər Roman Abramoviçin 2 həyat yoldaşı – Olqa Lısova və İrina Malandinadan Arkadi və İlya adlı oğulları, Anna, Sofya və Arina adlı qızları dünyaya gəlib.

O.M.